“Zəfər aministiyası Saleh Rüstəmova şamil oluna bilər” – Zahid Oruc

“Zəfər aministiyası Saleh Rüstəmova şamil oluna bilər” – Zahid Oruc
29 Noyabr 2021
Mətni dəyiş

“Zəfər aministiyası Saleh Rüstəmova şamil oluna bilər”

Bu sözləri Milli Məclisin İnsan Haqları Komitəsinin sədri kimi Zahid Oruc həbsxanada aclıq aksiyası keçirən Gədəbəy rayonun sabiq icra başçısı Saleh Rüstəmovun həbsxada aclıq etməsinə münasibət bidirərkən deyib.

Zahid Oruc bildirib ki, fəaliyyəti xüsusi bir ictimai təhlükəli və ya dövlət, şəxsiyyət əleyhinə cinayət kimi tövsif olunmadığından bu məsələni hüquq-mühafizə və məhkəmə orqanları ilə xüsusi müzakirə edəcək.

Onun sözlərinə görə, Zəfər aministsiyası S. Rüstəmova tətbiq edilə bilər:

“Saleh Rüstəmov məsələsi ətrafında məlum partiyalar hədsiz siyasiləşmə durumu yaradıblar. Məsələ ilə bağlı İnsan Haqları Komitəsinin sədri kimi Zahid Oruc bildirir ki, onun fəaliyyəti xüsusi bir ictimai təhlükəli və ya dövlət, şəxsiyyət əleyhinə cinayət kimi tövsif olunmadığından bu məsələni hüquq-mühafizə və məhkəmə orqanları ilə xüsusi müzakirə edəcək: Bundan əvvəlki dövrdə də müxtəlif şəxslərlə bağlı tətbiq olunan xoş məram və humanist mövqe Saleh Rüstəmov məsələsinə də şamil oluna bilər. Xüsusilə də nəzərə alsaq ki, hazırda biz Zəfər amnistiyası dövrünü yaşayırıq. Burda hansısa siyasi mövqeyə baxılmadan qərar verilir. Çünki amnistiya məhz qanunvericilik aktlarına tətbiq edilir. Bu baxımdan Komitə sədri məsələni müvafiq dövlət hakimiyyət orqanları ilə müzakirə edəcək”, - deyə o, bildirib.

Xatırlatma

Qanunsuz sahibkarlıqda və AXCP-ni maliyyələşdirdiyi üçün pul yumaqda ittiham olunan Saleh Rüstəmli 2018-ci ilin mayın 8-də həbs olunub. Ona 2019-cu ilin martında 7 il 3 ay müddətinə həbs cəzası verilib, Appelyasiya Məhkəməsi cəzanın müddətini 7 il 1 aya endirib.

Saleh Rüstəmli və AXCP ittihamları rədd edir.

Noyabrın 5-də Milli Məclis Amnistiya Aktı qəbul edib.

Amnistiya Aktının 16-17 min adama şamil olunacağı, onlardan 3 min nəfərin həbsxanadan çıxacağı qeyd olunub.

Amnistiya Aktının 10-cu bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin bir çox maddələrilə həbs olunmuş şəxslərə akt şamil edilmir. Saleh Rüstəmlinin təqsirləndirildiyi maddə də həmin siyahıya daxildir.

Saleh Rüstəmli qanunsuz həbsinə və Amnistiya Aktına düşmədiyinə görə 24 gündür aclıq aksiyası edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun