MN: Ermənistan silahlı qüvvələri növbəti dəfə Tovuz istiqamətindəki mövqelərimizi atəşə tutub

MN: Ermənistan silahlı qüvvələri növbəti dəfə Tovuz istiqamətindəki mövqelərimizi atəşə tutub
18 Noyabr 2021
Mətni dəyiş
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar. Müdafiə Nazirliyinin (MN) verdiyi xəbərə görə, cavab atəşi ilə qarşı tərəf susdurulub. “Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur”, - məlumatda qeyd olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun