Ermənistan Müdafiə Nazirliyi son döyüşlər zamanı 6 hərbçinin həlak olduğunu açıqlayıb

Ermənistan Müdafiə Nazirliyi son döyüşlər zamanı 6 hərbçinin həlak olduğunu açıqlayıb
19 Noyabr 2021
Mətni dəyiş
Ermənistan Müdafiə Nazirliyi noyabrın 19-da məlumat verib ki, noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində döyüşlər zamanı altı erməni hərbçi həlak olub. Onların arasında bir leytenant, dörd muzdlu və bir sıravi var. Bundan öncə Ermənistan Müdafiə Nazirliyi bildirmişdi ki, bir nəfər həlak olub, 13 nəfər əsir,  və 24 nəfər itkin düşüb. Ermənistan hərbi idarəsinin nümayəndəsi polkovnik Boris Avaqyan bildirib ki, həlak olan iki nəfər Azərbaycan tərəfdədir və onların erməni tərəfə göndərilməsi məsələsi həll olunur. Onun sözlərinə görə, əsirlikdə olan ermənilərdən biri yaralanıb və Bakıda əməliyyat olunacaq. Noyabrın 16-da Azərbaycan tərəfdən 7 hərbçi həlak olub, 10 nəfər yaralanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun