Entoni Blinken: "ABŞ sərhəddə baş verənlərlə bağlı narahatdır"

Entoni Blinken: "ABŞ sərhəddə baş verənlərlə bağlı narahatdır"
17 Noyabr 2021
Mətni dəyiş

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan arasında baş verən son gərginliklərdən narahatlıq duyduqlarını bildirib. 

Məsələ ilə bağlı açıqlama verən Blinken deyib ki, ABŞ Tərəfləri gərginliyi azaltmaöa çağırır.

ABŞ dövlət katibi həmçinin qeyd edib ki, onlar tərəfləri sərhədlərin müəyyən edilməsi də daxil olmaqla bütün vacib məsələlərin həlli üçün birbaşa və konstruktiv fəaliyyətlə məşğul olmağa çağırıblar.

ATƏT-in Minsk Qrupu da noyabrın 15-də verdiyi açıqlamada qeyd edib ki, Ermənistan və Azərbaycan arasında son vaxtlar gərginliyin artmasını bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsi və ondan irəli gələn bütün məsələlərin danışıqlar yolu ilə həlli vacibdir.

Son günlər Azərbaycan və Ermənistan sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində hərbi gərginlik artıb. Tərəflər bir-birlərini təxribatda ittiham ediblər. Ermənistan tərəfinin yaydığı son məlumatda 2 post itirdikləri və 12 hərbiçilərinin əsir götürüldüyü qeyd edilib. Azərbaycan tərəfinin rəsmi məlumatlarına görə isə, 4 Azərbaycan əsgəri son döyüşlər nəticəsində yaralanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun