ABŞ Demokratiya Zirvəsinə Azərbaycan və Türkiyəni dəvət etməyib

ABŞ Demokratiya Zirvəsinə Azərbaycan və Türkiyəni dəvət etməyib
5 Noyabr 2021
Mətni dəyiş
ABŞ Prezidenti Co Baydenin 9-10 dekabr 2021-ci il tarixlərində ev sahibliyi edəcəyi Demokratiya Zirvəsinə Türkiyə, Azərbaycan və Macarıstan kimi ölkələr dəvət edilməyib. Bayden hakimiyyətinin ilk ilində dünyanın hər yerindən “demokratik ölkələrin” liderlərini bir araya gətirəcəyini vəd etmişdi. Ağ Evdən verilən yazılı açıqlamada sammitdə üç əsas mövzu ətrafında müzakirə aparılacağı bildirilib. Bu mövzular avtoritarizmə qarşı demokratiyanın müdafiəsi, korrupsiyanın aşkarlanması və onunla mübarizə, insan haqlarının müdafiəsi şəklində müəyyən edilib. “Politico”-nun əldə etdiyi və 107 ölkənin yer aldığı sənədə görə, zirvəyə ABŞ-ın NATO müttəfiqi olan Türkiyə və Macarıstan dəvət edilməyib. Siyahıda Anqola və Qana kimi ölkələr yer aldığı halda, Türkiyə və Macarıstandan başqa İran, Rusiya, Çin və Əfqanıstan da yoxdur. “Politico”-nun məlumatına görə, siyahı üzərində iş hələ yekunlaşmayıb və qonaqların siyahısı dəyişdirilə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun